Ramil Quliyev Avropa çempionu oldu

Türkiyə millisində çıxış edən azərbaycanlı sprinter Ramil Quliyev Almaniyanın paytaxtı Berlində keçirilən atletika üzrə Avropa çempionatında qızıl medal qazanıb. 

Newsport.az-ın məlumatına görə, 28 yaşlı idmançı 200 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb. 

Finişə 19,76 saniyəyə çatan Quliyev karyerasında ilk dəfə böyüklər arasında Avropa çempionluğuna sahib çıxıb.


Qeyd edək ki, Ramil Quliyev ötən il 200 metr məsafəyə qaçış üzrə dünya çempionu olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right