GAÇ-2018: son gündə daha 2 qızıl və 3 bürünc medal şansı Yenilənir

İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı davam edir.

Newsport.az-ın məlumatına görə, son yarış günündə 61, 74, 86, 92 və 125 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.

61 kq-da mübarizə aparan İntiqam Vəlizadə İsveç, Moldova, Belarus və Gürcüstandan olan rəqiblərini üstələyərək finala vəsiqə qazanıb. Həlledici görüşdə onun rəqibi Ermənistan idmançısı olacaq. 

92 kq çəkidə yarışan Asxab Həmzətov isə  İtaliya, Gürcüstan və Almaniya təmsilçilərini mübarizədən kənarlaşdırıb və finala yüksəlib. Qızıl medal uğrunda son görüşdə onun rəqibi Rusiya idmançısı olacaq. 

74 kq-da mübarizə aparan İsmayıl Abdullayev isə Gürcüstan və Yunanıstan idmançılarını üstələsə də, yarımfinalda Bolqarıstan təmsilçisi ilə gərgin keçən görüşü 2:2 hesablı bərabərliklə məğlub başa vurub. Güləşçimiz bürünc medal uğrunda həlledici görüşə çıxacaq. 

İslam İlyasov (86 kq) və Rahid Həmidli (125 kq) isə təsəlliverici görüşlərə qatılacaq. 

Görüşlər Bakı vaxtı ilə 5 avqust, saat 18:00-da başlayacaq. 

61 kq 
FİNAL - Vazgen Tevanyan (ARM) - İntiqam Vəlizadə
1/2 final - Ramaz Turmanidze (GEO) - İntiqam Vəlizadə 6:6*
1/4 final - Nurmahamed Muxudzinau (BLR) - İntiqam Vəlizadə 4:6
1/8 final - Leomid Colesnic (MDA) - İntiqam Vəlizadə 11:13
1/16 final - Amir Xan Mahmudzada (SWE) - İntiqam Vəlizadə 0:11

 

74 kq
Bürünc medal görüşü - İsmayıl Abdullayev 
1/2 final - İsmayıl Abdullayev - Cemal Ruşen Ali (BUL) 2:2*
1/4 final - İsmayıl Abdullayev - Aleksandros Tsantikidis (GRE) 5:2
1/8 final - Goga Mamiauri (GEO) - İsmayıl Abdullayev 6:8

86 kq
Təsəlliverici görüş - Mher Markosyan (ARM) - İslam İlyasov 
1/4 final - Arif Ozen (TUR) - İslam İlyasov 10:0
1/8 final - İslam İlyasov - İvan Stefanov (BUL) 8:4

92 kq
FİNAL - Azamat Zakuev (RUS) - Asxab Həmzətov
1/2 final - Ertugrul Agca (GER) - Asxab Həmzətov 2:4
1/4 final - Asxab Həmzətov - Beka Nadaşvili (GEO) 8:2
1/8 final - Asxab Həmzətov - Gabrielle Strippoli (İTA) 10:0

125 kq 
Təsəlliverici görüş - Aleksi Jorjoliani (GEO) - Rahid Həmidli
1/4 final - Rahid Həmidli - Hovhannes Mağakyan (ARM) 2:5
1/8 final - Fardin Anoşeh (SWE) - Rahid Həmidli 0:10




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right