GAÇ-2018: iki güləşçimiz yarımfinala yüksəlib Yenilənir

İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı davam edir.
 

Newsport.az-ın məlumatına görə, çempionatın beşinci günündə 57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.

70 kq çəkidə mübarizə aparan Hacımurad Hacıyev ardıcıl olaraq Gürcüstan və İsveçrə təmsilçilərinə qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə onun rəqibi Ukrayna idmançısı olacaq.

79 kq-da yarışan Orxan Abbasov isə ardıcıl olaraq Gürcüstan, Avstriya və Fransadan olan rəqiblərini məğlub edərək yarımfinala yüksəlib. Final yolunda növbəti rəqib Moldova idmançısı olacaq.

Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.  

 

57 kq 
1/4 final - Əliabbas Rzazadə - Arsen Harutyunyan (ARM) 0:11
1/8 final - Minir Redjepi (MKD) - Əliabbas Rzazadə 4:8

65 kq 
1/8 final - Elmar Kazımov - Georgi Elbakidze (GEO) 1:2

70 kq 
1/2 final - Hacımurad Hacıyev - Stepan Lilik (UKR) 
1/4 final - Tobias Portmann (SUİ) - Hacımurad Hacıyev 0:10
1/8 final - İveriko Julakidze (GEO) - Hacımurad Hacıyev 0:10

79 kq 
1/2 final - Andrian Grosul (MDA) - Orxan Abbasov 
1/4 final - Charles Andree Afa (FRA) - Orxan Abbasov 6:7
1/8 final - Orxan Abbasov - Benjamin Greil (AUT) 12:0
1/16 final - Orxan Abbasov - Tornike Kvinikadze (GEO) 1*:1

97 kq 
1/4 final - Feyzullah Akturk (TUR) - Alimaqomed Alixmoyev 10:0




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right