GAÇ-2018: Tatyana Varantsova gümüş medala yiyələnib Yenilənib

İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı davam edir.

Newsport.az-ın məlumatına görə, çempionatın üçüncü və dördüncü günündə gənc qızlardan ibarət yığmamızın 3 üzvü mübarizə aparıb. Güləşçilərimiz 1 gümüş medala sahib olub.  

53 kq-da mübarizə aparan Tatyana Varantsova İtaliya və Ukraynadan olan rəqiblərini məğlub edərək yarımfinala yüksəlib. Final yolunda güləşçimizin rəqibi Rumıniya idmançısı olub. Rəqibinə tam üstünlüklə qalib gələn Tatyana Varantsova finala yüksəlib. Həlledici görüşdə Türkiyə idmançısına uduzan güləşçimiz gümüş medalla kifayətlənib.

50 kq
1/8 final - Magdalena Majos (POL) - Yasəmən Məcidli 10:0

53 kq 
FİNAL - Zeynep Yetgil (TUR) - Tatyana Varantsova 10:0
1/2 final - Andrea Ana (ROU) - Tatyana Varantsova 0:10
1/4 final - Tatyana Varantsova - Yevgeniya Pavlova (UKR) 9:4
1/8 final - Carmen di Dio (İTA) - Tatyana Varantsova 0:10

65 kq 
1/8 final - Elena Esposito (İTA) - Ceyla Nağızadə 10:4





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right