GAÇ-2018: Ülvi Qənizadə qızıl medal qazanıb Yenilənib

İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı davam edir.

Newsport.az-ın məlumatına görəikinci yarış günündə 60, 67, 72, 82 və 97 kq çəkidə yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Güləşçilərimiz yarış gününü 1 qızıl medalla başa vurub. 

Məhəmmədəli Həsənov (67 kq) Çexiya və Moldovadan, Ülvi Qənizadə (72 kq) isə Ukrayna, Litva və Ermənistandan olan rəqiblərini üstələyərək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda hər iki güləşçimizin rəqibi Gürcüstan idmançısı olub. 

Gərgin və maraqlı keçən qarşılaşmada rəqibini üstələyən Ülvi Qənizadə finala yüksəlib. Həlledici görüşdə Rusiya idmançısına da qalib gələn güləşçimiz çempionatın qızıl medalını qazanıb və Avropa çempionu olub. 

Yarımfinal görüşünü uduzan Məhəmmədəli Həsənov isə bürünc medal uğrunda görüşə haqq qazanıb. Ancaq güləşçimiz bu görüşü də uduzub və çempionatı 5-ci sırada tamamlayıb. 

60 kq
1/4 final - Ararat Manuçaryan (ARM) - Zaur Nuriyev 8:0
1/8 final - Tamas Toeroek (HUN) - Zaur Nuriyev 6:8

67 kq 
Bürünc medal görüşü - Miaxdi Yaxyayev (RUS) - Məhəmmədəli Həsənov 8:0
1/2 final - Məhəmmədəli Həsənov - Coni Xetsuriani (GEO) 0:8
1/4 final - Məhəmmədəli Həsənov - Valentin Petic (MDA) 14:7
1/8 final - Məhəmmədəli Həsənov - Denis Mertl (CZE) 10:0

72 kq
FİNAL - Maqomed Yarbilov (RUS) - Ülvi Qənizadə 1:3
1/2 final - Nikoloz Tçikaidze (GEO) - Ülvi Qənizadə 6:8
1/4 final - Malxas Amoyan (ARM) - Ülvi Qənizadə 1:7
1/8 final - Ülvi Qənizadə - Titas Kersevicius (LTU) 9:0
1/16 final - Pərviz Nəsibov (UKR) - Ülvi Qənizadə 0:6





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right