Gənc sərbəst güləşçilər də Avropa çempionatına yollanır

İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı keçirilir.

Newsport.az-ın məlumatına görə, çempionatın son günlərində, 3-5 avqustda mübarizə aparacaq sərbəst güləşçilərimiz sabah yola düşəcək. Məşqçilər Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi altında çempionatda iştirak edəcək yığmamızın heyətində 10 güləşçi yer alıb. 

Çempionatda ölkəmizi Əliabbas Rzazadə (57 kq), İntiqam VƏlizadə (61 kq), Elmar Kazımov (65 kq), Hacımurad Hacıyev (70 kq), İsmayıl Abdullayev (74 kq), Orxan Abbasov (79 kq), İslam İlyasov (86 kq), Asxab Həmzətov (92 kq), Alimaqomed Alixmoyev (97 kq) və Rahid Həmidli (125 kq) təmsil edəcək





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right