Gənc güləşçilərin Avropa çempionatı başlayır

30 iyul - 5 avqust tarixlərində İtaliyanın paytaxtı Romada güləş üzrə gənclərin Avropa çempionatı keçiriləcək.

Newsport.az-ın məlumatına görə, çempionatda hər üç güləş növü üzrə yığmamızın üzvləri iştirak edəcək. 

İlk olaraq mübarizəyə yunan-Roma güləşçiləri başlayacaq. Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında İtaliyaya 7 güləşçimiz yollanıb. Heyətdə Zaur Əliyev (55 kq), Zaur Nuriyev (60 kq), Kamran Mirzəliyev (63 kq), Məmmədəli Həsənov (67 kq), Ülvi Qənizadə (72 kq), Nəsir Həsənov (77 kq) və Nəzərşah Fətullayev (87 kq) yer alıb. 

1-3 avqustda mübarizəyə qoşulacaq gənc qızların mübarizəsində yığmamız 3 idmançı ilə təmsil olunacaq. Məşqçi İsaməddin Hüseynovun rəhbərliyi altında çempionata Yasəmən Məcidli (50 kq), Tatyana Varantsova (53 kq) və Ceyla Nağızadə (65 kq) yollanacaq.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elman İsmayılov təmsil edəcək. 

Sərbəst güləş yığmasının heyəti qarşıdakı günlərdə elan ediləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right