YD-2018: ilk yarış günündə 1 qızıl və 3 gümüş medal Yenilənib

Türkiyənin İstanbul şəhərində sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunan sayca 46-cı beynəlxalq turnir keçirilir. 

Newsport.az-ın məlumatına görə, turnirin ilk günündə 57, 65, 74, 86 və 97 kq çəki dərəcələrində sərbəst, 50, 55, 59, 65 və 72 kq çəki dərəcələrində qadın güləşçilər mübarizə aparıb. Güləşçilərimiz günü 1 qızıl və 3 gümüş medalla başa vurub. 

Sərbəst güləşçilərin mübarizəsində Əli Rəhimzadə (65 kq), Murad Süleymanov (86 kq) və Aslanbek Alborov (97 kq) bütün rəqiblərindən üstün olaraq finala yüksəlib. Finalda güləşçilərimiz müvafiq olaraq İran, ABŞ və İran idmançıları ilə qarşılaşıb. 

Aslanbek Alborov ilk görüşdə komanda yoldaşı Şərif Şərifovu, yarımfinalda isə ABŞ idmançısı, Olimpiya çempionu Kyle Şnayderi mübarizədən kənarlaşdırıb. Final görüşünü də tam üstünlüklə başa vuran Aslanbek Alborov turnirin qızıl medalını qazanıb. 

Finalda mübarizə aparan Əli Rəhimzadə (65 kq) və Murad Süleymanov (86 kq) isə həlledici görüşdə uduzaraq gümüş medalla kifayətlənib. 

Qadın güləşçilərin mübarizəsində isə 65 kq-da təmsilçimiz İrina Netreba bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Yarımfinalda Netreba komanda yoldaşı Elis Manolovadan üstün olub. Finalda İrina Netrebanın, eləcə də bürünc medal görüşünə çıxan Elis Manolovanın rəqibi Ukrayna idmançısı olub. Hər iki güləşçimiz görüşü məğlub başa vurub. İrina Netreba gümüş medalla kifayətlənib, Elis Manolova isə turniri 5-ci sırada tamamlayıb. 

Sərbəst güləş
65 kq 
FİNAL - Əli Rəhimzadə - Mehran Nasiriafraçali (İRİ) 0:2
1/2 final - Əli Rəhimzadə - Hassan Moradgolei (İRİ) 4:3
1/4 final - Əli Rəhimzadə - Qalib Əliyev 3:2
1/8 final - Emin Ogut (TUR) - Qalib Əliyev 1:4
1/8 final - Əli Rəhimzadə - Madiyar Burxan (KAZ) 10:4

74 kq 
1/8 final - Nurikan Azamat (KAZ) - Abubakr Abakarov 9:7
1/8 final - Yakup Gör (TUR) - Coşqun Əzimov 4*:4
1/16 final - Coşqun Əzimov - Ali Zakariiev (UKR) 5:0

86 kq 
FİNAL - David Taylor (USA) - Murad Süleymanov 2*:2
1/2 final - Fatih Erdin (TUR) - Murad Süleymanov 4:8
1/4 final - Omar Ziantdinov (RUS) - Murad Süleymanov 0:11
1/8 final - Kənan Əliyev - Fatih Erdin (TUR) 3:5
1/8 final - Almas Junis (KAZ) - Murad Süleymanov 0:5 

97 kq 
FİNAL - Aslanbek Alborov - Mojtaba Goleij (İRİ) 10:0
Təsəlliverici görüş - Şərif Şərifov - Rıza Yıldırım (TUR) 0:3
1/2 final - Kyle Şnayder (USA) - Aslanbek Alborov 3:3*
1/4 final - Riza Yıldırım (TUR) - Aslanbek Alborov 2:9
1/8 final - Aslanbek Alborov - Şərif Şərifov 1:0

Qadın güləşi 
50 kq 
1/8 final - Rahime Arı (TUR) - Türkan Nəsirova 6:4

65 kq 
FİNAL - İrina Netreba - İlona Prokopevniuk (UKR) 
Bürünc medal görüşü - Mariia İlçişin (UKR) - Elis Manolova 
1/2 final - Elis Manolova - İrina Netreba 2:6
1/4 final - İrina Netreba - Mariia İlçişin (UKR) 6:0
1/4 final - Elis Manolova - Nour Jeljeli (TUN) 10:0





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right