Vehbi Emrenin xatirə turnirindən 1 qızıl, 1 gümüş və 3 bürünc medal

20-22 iyul 2018-ci il tarixdə Türkiyənin İstanbul şəhərində Vehbi Emrenin xatirəsinə həsr olunan yunan-Roma güləşi üzrə reytinq xarakterli beynəlxalq turnir keçirilib. Yığmamızın üzvləri turniri 1 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub. 

Newsport.az-ın məlumatına görə, keçirdiyi bütün görüşləri qələbə ilə başa vuran Taleh Məmmədov (63 kq) turnirin qızıl medalını qazanıb. Yalnız final görüşündə uduzan İslam Abbasov (87 kq) gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Sakit Quliyev (60 kq), Kamran Məmmədov (67 kq) və Elvin Mürsəliyev (82 kq) qazandırıb. 

Bu nəticə ilə yığmamız komanda hesabında Türkiyə və Belarusdan sonra üçüncü yerdə qərarlaşıb. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edib. 

60 kq 
Bürünc medal görüşü - Gyanender Gyanender (IND) - Sakit Quliyev 1:7
Təsəlliverici görüş - Həsən Məmmədli- Şimizu Hayanobu (JPN) 1:11
1/2 final - Victor Ciobanu (MDA) - Sakit Quliyev 10:5
1/4 final - Sakit Quliyev - Eldəniz Əzizli 7:3
1/8 final - Aidos Sultangali (KAZ) - Həsən Məmmədli 4:1

63 kq
FİNAL - Taleh Məmmədov - Rahman Bilici (TUR) 3:1
1/2 final - Taleh Məmmədov - Kaly Sulaimanov (KGZ) 5:1
1/4 final - Taleh Məmmədov - Dmitri Tsimbaliuk (UKR) 1*:1
1/8 final - Taleh Məmmədov - Murad Məmmədov 5:3

67 kq 
Bürünc medal görüşü - Amantur İsmailov (KGZ) - Kamran Məmmədov 0:5
Təsəlliverici görüş - Denys Demyankov (UKR) - Kərim Cəfərov 3:0
1/2 final - Murat Fırat (TUR) - Kamran Məmmədov 5:1
1/4 final - Kamran Məmmədov - Abyfaikhan Amzeyev (KAZ) 9:0
1/4 final - Ensar Karabacak (TUR) - Kərim Cəfərov 10:9
1/8 final - Kamran Məmmədov - Tornike Jangavadze (GEO) 10:3

72 kq 
1/8 final - İbragim Magomadov (KAZ) - Azad Əliyev 5:3

77 kq
Bürünc medal görüşü - Həsən Əliyev - Yabiku Şohei (JPN) 3:4
Təsəlliverici görüş - Həsən Əliyev - Bakuri Gogoli (GEO) 5:1
1/8 final - Fatih Cengiz (TUR) - Həsən Əliyev 4:0

82 kq
Bürünc medal görüşü - Elvin Mürsəliyev - Daniel Aleksandrov (BUL) 3:1
Təsəlliverici görüş - Elvin Mürsəliyev - Nurcan Nadirov (KAZ) 5:1
1/4 final - Loşa Gobadze (GEO) - Elvin Mürsəliyev 7:3
1/8 final - Elvin Mürsəliyev - Eltun Vəzirzadə 3:1
1/8 final - Rafiq Hüseynov - Emrah Kuş (TUR) 1:3

87 kq
FİNAL - Jan Belenyuk (UKR) - İslam Abbasov 3:1
1/2 final - İslam Abbasov - Roberti Kobliaşvili (GEO) 3:0
1/4 final - İslam Abbasov - Sumi Masato (JPN) 9:0
1/8 final - İslam Abbasov - Singh Harpreet (IND) 2:0

130 kq
1/8 final - Mykola Kuçmii (UKR) - Oyan Nəzəriani 2*:2





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah