Azərbaycanlı hakim Avropa çempionatının oyununda

Azərbaycanlı hakim Xəyalə Əzizzadə İsveçrədə 19 yaşadək qızlardan ibarət futbolçular arasında keçiriləcək Avropa çempionatında oyunlarına ilk təyinatını alıb.

Newsport.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, beynəlxalq dərəcəli hakim B qrupunun Hollandiya - İtaliya görüşünün yan xətt hakimi olacaq.

Qeyd edək ki, Hollandiya - İtaliya matçı iyulun 18-i Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right