Ağırlıqqaldırma növündə yeni çəki dərəcələri təsdiqləndi

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) Konqresi İcraiyyə Komitəsinin bu növ üzrə yarışlar üçün yeni çəki dərəcələrinin müəyyənləşdirilməsinə dair qərarını təsdiqləyib.
 
Newsport.az-ın məlumatına görə, kişi və qadınların mübarizəsində çəki dərəcələrinin sayı 10-a çatdırılıb. Onlardan hərəyə 7-si olimpiya çəkiləri sayılacaq.
 
Qərara əsasən, kişilər 55 kq, 61 kq, 67 kq, 73 kq, 81 kq, 89 kq, 96 kq, 102 kq, 109 kq və 109 kq-dan yuxarı, qadınlar 45 kq, 49 kq, 55 kq, 59 kq, 64 kq, 71 kq, 76 kq, 81 kq, 87 kq və 87 kq-dan yuxarı çəkilərdə yarışacaqlar.
 
2020-ci il Tokio Yay Olimpiya Oyunlarında isə kişilər üçün 61 kq, 67 kq, 73 kq, 81 kq, 96 kq, 109 kq və 109 kq-dan yuxarı, qadınlar üçün isə 49 kq, 55 kq, 59 kq, 64 kq, 76 kq, 87 kq və 87 kq-dan yuxarı çəkilər müəyyənləşdirilib.
 
Qeyd edək ki, yeni çəki dərəcələri ilə ilk yarış 1 - 10 noyabrda Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək dünya çempionatı olacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right