Cüdo millimiz Avropa Kubokuna 19 cüdoçu ilə yollanacaq

Cüdo üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Newsport.az-ın məlumatına görə, kişilərdən ibarət yığmamızın baş məşqçisi Ruslan Maşurenko iyulun 14-15-də Almaniyada baş tutacaq Avropa Kubokuna yollanacaq komandaya daha bir idmançının adını əlavə edib.

Bu, 81 kq çəki dərəcəsində mübarizə aparacaq Fəqan Quluzadədi. Nəticədə Saarbrükkendə təşkil olunacaq yarışda ölkəmiz 14 kişi cüdoçu ilə qüvvəsini sınayacaq. Onunla yanaşı, Vüqar Şirinli, Mehman Sadıqov, Kəramət Hüseynov (hər üçü 60 kq), Orxan Səfərov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq), Telman Vəliyev (73 kq), Rüstəm Orucov (81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev, Firudin Dadaşov (hər üçü 90 kq), Zelim Kotsoyev (100 kq), Uşanqi Kokauri və Şahin Qəhrəmanov (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.

Qadınlardan ibarət yığmamızın baş məşqçisi Natiq Bağırov isə Avropa Kubokunda 5 yetirməsini sınayacaq. Bunlar Gülşən Nəzərova, Şəfəq Məmmədova (hər ikisi 52 kq), Aidə Baxışova, Günel Həsənli (hər ikisi 70 kq) və Gözəl Zutovadı (78 kq).

Yarışda 24 ölkədən 463 (299 kişi, 164 qadın) cüdoçunun qüvvəsini sınayacağı gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right