Güləşçilərimiz reytinq xarakterli beynəlxalq turnirlərə hazırlaşır

Güləş üzrə ölkə yığma komandaları təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn reytinq xarakterli beynəlxalq turnirlərə hazırlıqları davam etdirir. 

Sərbəst güləş üzrə böyüklərdən ibarət yığma komandamızın üzvləri iyunun 24-dən etibarən Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışındadır. Yığma komandanın baş məşqçisi Firdovsi Umudovun rəhbərlik etdiyi məşqçilər korpusu toplanışa yığmanın üzvü olan 22 idmançını cəlb edib. 7 iyula qədər davam edəcək ümumi və xüsusi fiziki hazırlıq üzrə təlim-məşq toplanışından sonra yığma üzvləri Olimpiya Güləş Mərkəzində hazırlıqları davam etdirəcək və 27-29 iyul tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək Yaşar Doğunun xatirəsinə həsr olunan  reytinq xarakterli beynəlxalq turnirdə sınaqdan keçiriləcək. 

Olimpiya Güləş Mərkəzində məşqləri davam etdirən yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandanın üzvləri isə iyulun 2-dən etibarən Türkiyəyə yollanacaq. Baş məşqçi Şaban Donatın rəhbərlik etdiyi məşqçilər korpusu bu ölkənin yığma komandası ilə birgə təlim-məşq toplanışına qatılacaq heyətə əsas yığma ilə yanaşı, gənclərdən ibarət komandanın üzvlərindən də bir neçəsini cəlb edib. Ümumilikdə 16 yunan-Roma güləşçisi qonşu ölkədə hazırlıq keçəcək. Təlim-məşq toplanışı başa çatdıqdan sonra yığma üzvləri 20-22 iyul tarixlərində İstanbulda keçiriləcək Vehbi Emrenin xatirəsinə həsr olunan reytinq xarakterli beynəlxalq turnirdə qüvvələrini sınayacaq





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah