23 yaşadək güləşçilərimiz Avropa çempionatında 7 medal qazanıb FOTOLAR

Türkiyənin İstanbul şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən Avropa çempionatına yekun vurulub. Yığmamız Avropa çempionatını ümumilikdə 7 medalla başa vurublar.

Çempionatda tam heyətlə çıxış etməyən yunan-Roma güləşçilərimiz yarışı 1 qızıl və 2 bürünc medalla tamamlayıb. Baş məşqçi Şaban Donat və məşqçi Emin Əhmədovun rəhbərliyi altında mübarizə aparan güləşçilərimizdən İslam Abbasov (87 kq) qızıl, Murad Məmədov (60 kq) və Eltun Vəzirzadə (82 kq) bürünc medala yiyələnib.


Baş məşqçi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərlik etdiyi sərbəst güləş yığmamız isə çempionatda 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. Şamil Zubairov (92 kq) qızıl medal qazandığı halda, Əfqan Xaşalov (57 kq) və Ənvərbəy Dalqatov (65 kq) gümüş medalla kifayətlənib. Bürünc medalı isə yığmamıza Murad Süleymanov (79 kq) qazandırıb. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edib. 


 
 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right