Gənclər və İdman İdarəsinə ilk dəfə qadın rəhbərlik edəcək

İranda Gənclər və İdman İdarəsinə ilk dəfə qadın rəhbərlik edəcək.

Məryəm Bəxşi Gilan əyalətinin Gənclər və İdman İdarəsinin rəisi təyin olunub.

Newsport.az-ın məlumatına görə, bu barədə ölkənin gənclər və idman naziri Məsud Sultanifər əmr imzalayıb.

Bəxşi indiyədək Gilanın Gənclər və İdman İdarəsində müxtəlif vəzifələrdə çalışıb. O, İranda belə yüksək vəzifəyə təyin olunan ilk qadındır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right