U-23 AÇ-2018: Şamil Zubairov qızıl medal qazanıb Yenilənib

Türkiyənin İstanbul şəhərində güləş üzrə U-23 Avropa çempionatı başa çatıb.

Newsport.az-ın məlumatına görə, son yarış günündə 61, 74, 86, 92 və 125 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 qızıl medalla başa vurub. 

61 kq-da mübarizə aparan Elçin Vəliyev Rumıniya idmançısına qalib gəlsə də yarımfinalda Moldova təmsilçisinə uduzub. Bürünc medal görüşünə haqq qazanan Eçin həlledici görüşdə Türkiyə idmançısına məğlub olub və çempionatı beşinci sırada tamamlayıb.  

92 kq-da yarışan Şamil Zubairov isə ardıcıl olaraq Rusiya və Ermənistan təmsilçilərinə qalib gəlib və final yüksəlib. Qızıl medal uğrunda görüşdə güləşçimizin rəqibi Gürcüstan idmançısı olub. Rəqibinə tam üstünlüklə qalib gələn Şamil çempionatın qızıl medalını qazanıb. 

61 kq 
Bürünc medal görüşü - Ertuğrul Kahveci (TUR) - Elçin Vəliyev 7:6
1/2 final - Elçin Vəliyev - Vitalie Bunici (MDA) 5:7
1/4 final - İon Surugiu (ROU) - Elçin Vəliyev 0:10

86 kq 
1/8 final - İllia Arçaia (UKR) - Hacımurad Məhəmmədsəidov 14:4

92 kq 
FİNAL - Şamil Zubairov - İrakli Mtsituri (GEO) 8:1
1/2 final - Sargis Hovsepyan (ARM) - Şamil Zubairov 5:7
1/4 final - Şamil Zubairov - Batırbek Tsakulov (RUS) 10:5





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right