Millimiz “Dördlər finalı”na çıxa bilmədi

Azərbaycanın qadın voleybolçulardan ibarət yığma komandası Qızıl Avropa Liqasında mübarizəni dayandırıb.

Newsport.az-ın məlumatına görə, komandamız qrup ikinciləri arasında ən yaxşı göstəriciyə sahib idi. Ancaq Macarıstan “Dördlər finalı”nın ev sahibi olduğu üçün yarımfinala yüksəlib. Buna sözügedən komandanın son turda B qrupunun lideri Finlandiyaya məğlubiyyəti səbəb olub. Halbuki, macarlar 3:0 və ya 3:1 hesabıyla qalib gəlsəydilər, qrup lideri olacaqdılar, Finlandiya isə qrup ikincisi olacaqdı və mübarizəni dayandıracaqdı.

Beləliklə, “Dördlər finalı”nda Macarıstanla yanaşı, qrup liderləri - Bolqarıstan (A qrupu), Finlandiya (B qrupu) və Çexiya (C qrupu) mübarizə aparacaq.

Qeyd edək ki, “Dördlər finalı” 14-16 iyunda Budapeştdə təşkil olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right