ŞOK: Şəriyar Məmmədyarova danışılmış oyun ittihamı

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov şok ittihamla üzləşib. Şahmat üzrə dünya çempionu Maqnus Karlsen onu danışılmış oyun keçirməkdə təqsirləndirib.

TV2-yə açıqlamasında norveçli şahmatçı Məmmədyarovun Sergey karyakinlə dəfələrlə əvvəlcədən əldə edilən razılıq əsasında heç-heçə oynadığını deyib:

"Buna sübutum yoxdu. Amma, məncə, onlar əvvəlcədən razılaşmışdılar.Yaxşı olardı ki, birgə çalışan və dost olan insanların partiyaları izlənilsin. Xoşbəxtlikdən, dünya çempionatlarında bu, mümkün deyil. Özüm məşğul olmuram, amma bunu digər insanların etməsinə mane olmaq çətindi".

Hazırda davam edən Stavanqer superturnirində Şəhriyar Məmmədyarov Sergey Karyakinlə III tur qarşılaşmasını 28-ci gedişdə heç-heçə ilə başa vurub. Daha əvvəl də bir neçə dəfə bu qrossmeysterlər alları yarı bölüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right