Məmmədyarov Norveç superturnirində növbəti dəfə heç-heçə etdi

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Norveçin Stavanqer şəhərində keçirilən şahmat turnirinin VII turunda amerikalı Uesli So ilə heç-heçə edib.

Newsport.az-ın məlumatına görə, həmçinin Sergey Karyakin (Rusiya) - Levon Aronyan (Ermənistan), Fabiano Karuana – Hikaru Nakamura (hər ikisi ABŞ) xalları yarı bölüblər.

Bu tur yeganə qələbəni fransalı Maksim Vaşye-Laqravı məğlub edən hindistanlı Vişvanatan Anand qazanıb.

Yeddi tundan sonra norveçli Maqnus Karlsen, Aronyan, So və Anandın hərəyə 3,5 xalı var. Karyakin, Məmmədyarov, Karuana və Nakamuranın 3 xalı, Vaşye-Laqravın isə 2 xalı var. Növbəti tur çərşənbə günü olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right