U-23 AÇ-2018: Səbirə Əliyeva beşinci oldu Yenilənib

Türkiyənin İstanbul şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Newsport.az-ın məlumatına görəüçüncü yarış günündə 50, 55, 59, 68 və 76 kq çəki dərəcələrində qadın güləşçilər mübarizə aparıb. Yığmamız çempionatda 3 qadın güləşçi ilə iştirak edib. 

76 kq çəkidə mübarizə aparan Səbirə Əliyeva Türkiyədən olan rəqibini üstələsə də yarımfinalda Rusiya idmançısı ilə gərgin keçən görüşdə minimal fərqlə uduzub. Bürünc medal uğrunda görüşə haqq qazanan güləşçimiz həlledici görüşdə Norveç idmançısı ilə qarşılaşıb. Görüşü məğlub başa vuran Səbirə Əliyeva çempionatı 5-ci sırada tamamlayıb.  

50 kq 
1/4 final - Kseniya Stankeviç (BUL) - Türkan Nəsirova 8:6

59 kq 
1/4 final - Olena Kremzer (UKR) - Alyona Kolesnik 7:0
1/8 final - Alyona Kolesnik - Tamara Dollak (HUN) 8:2

76 kq 
Bürünc medal görüşü - iselin Solheim (NOR) - Səbirə Əliyeva 4:0
1/2 final - Kristina Şumova (RUS) - Səbirə Əliyeva 6:5
1/4 final - Səbirə Əliyeva - Ayşegül Özbege (TUR) 8:1





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right