Cüdoçularımızdan 8 medal

Azərbaycanın yeniyetmə cüdoçuları Portuqaliyanın Koimbra şəhərində keçirilmiş Avropa Kubokunda 8 medal qazanıblar.
 
Newsport.az-ın məlumatına görə, yığma üzvləri 3 qızıl, 1 gümüş, 4 bürünc medala sahib olublar. Fəxri kürsünün ən yüksək pilləsinə Zaməddin Poladov (60 kq), Vüqar Talıbov (66 kq) və Toğrul Salmanov (+90 kq) qalxıb. Yalnız finalda uduzan Şükran Zamanlı (50 kq) gümüş medala sahib olub. Mətin Rzazadə (60 kq), Aytac Qardaşxanlı (48 kq), Kamran Novruzov (73 kq), İbrahim Ağakişiyev (81 kq) isə bürünc medal əldə edib. 
 
Qeyd edək ki, 28 ölkədən 416 yeniyetmə cüdoçunun (241 oğlan, 175 qız) mübarizə apardığı Avropa Kubokunda Azərbaycan millisi 15 idmançı (10 oğlan, 5 qız) ilə təmsil olunub.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right