Alim finalda Qriqoryanla döyüşdü: hakimlər qələbəni erməniyə verdi

Böyük Britaniyanın Birmingem şəhərində peşəkar kikboksçular arasında "Glory” liqası çərçivəsində növbəti döyüşlər keçirilib.

Newsport.az-ın məlumatına görə, "Glory54” turnirində Azərbaycanın və "Qəbələ” İdman Klubunun kikboksçusu Alim Nəbiyev də iştirak edib.

"Professor” ləqəbli idmançımız yarımorta çəki dərəcəsində final döyüşünə çıxıb. Alim Belçikanı təmsil edən erməni idmançı Harut Qriqoryanla üz-üzə gəlib.

5 raudluq döyüşdə hakimlər qələbəni erməni idmançıya verib. Bu ailimin peşəkar rinqdə 56-cı döyüşü olub. O, bu döyüşlərin 49-da qələbə qazanıb, 7-də uduzub. 

Nəbiyev finala qədər fransalı Cimmi Vienot, hollandiyalı Niki Holsken və Kamerun əsilli fransalı Sedrik Doumbeyə qalib gəlmişdi.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right