Qitə çempionatında qrup hərəkətləri komandamız və Arzu Cəlilovadan bürünc mükafat

İspaniyanın Quadalaxara şəhərində bədii gimnastika üzrə 34-cü Avropa çempionatı bitib.

Newsport.az-ın məlumatına görə, bu yarış milli üçün uğurlu olub.

Gənclərin fərdi proqramda, ümumilikdə, 4 alət üzrə finala vəsiqə qazanan təmsilçilərimizdən ən imkanlısı Arzu Cəlilova topla çıxışı ilə 17.100 xalla bürünc medalı qazanıb.

Həm halqa, həm də gürzlərlə finalda hakimlər qarşısına çıxan digər gimnastımız Nərminə Səmədova isə müvafiq olaraq 5-ci və 8-ci yerlərdə qərarlaşıb. Lent ilə final mərhələsinə adlayan Yelizaveta Luzan isə yekun nəticədə 6-cı olub.

Böyüklərdə Zöhrə Ağamirova 63.200 xal toplayıb, Minsk-2019 2-ci Avropa 0yunlarına vəsiqəyə yiyələnib. Veronika Hudis 61.250 xalla 22-ci yerdə qərarlaşıb.

Komandamızın növbəti bürünc medalı isə 3 top və 2 iplə icra etdikləri kompozisiyaları ilə xalçanı bəzəyən qrup hərəkətləri komandasından gəlib.

Aliyə Paşayeva, Siyana Vasileva, Zeynəb Hümmətova, Diana Doman və Ayşən Bayramovadan ibarət möhtəşəm beşlik füsunkar çıxışları ilə 20.350 xal yığıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right