Dağıstanda cəmi bir medal

Rusiyanın Kaspiysk şəhərində Suraqat Asyatilovun xatirəsinə həsr olunan yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçirilib. 
 
Newsport.az-ın məlumatına görə, Turnirdə Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan və Ermənistan komandaları mübarizə aparıb. 
 
60 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Zaur Nuriyev fəxri kürsüdə yer alıb. O, bürünc medalla kifayətlənib.
 
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Bəşir İsazadə təmsil edib. 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right