Ömər və Sale bütün rəqiblərini üstələdilər

Mayın 25-27-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək (2001-2002-ci il təv. və 2003-2005-cü il təv.) yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyində ikinci yarış günü davam edir. Artıq yaşı 17-yə qədər olan oğlanlar arasında mübarizəyə satrt verilib. Onlar 50 və 56 kq çəki dərəcələrində qalibləri müəyyən ediblər.

50 kq çəki dərəcəsində toplam 191 kq (86+105) nəticə ilə Cavadov Ömər qızıl medala layiq görülüb. 56 kq çəki dərəcəsində isə eyni uğuru Sale Alxasov əldə edib. O, toplam 197 kq (87+110) nəticə ilə bu çəkidə bütün rəqiblrindən güclü olduğunu sübut edib.

Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir. Birinciliyin keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən edilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı

 

U-17

50 kq

N Ad İl Şəhər/rayon Klub/Cəmiyyət Çəkisi Birdən Təkanla Toplam
1. Cavadov Ömər 2002 Xırdalan Zirvə 49.8 86 105 191
2. Məmmədov Tehran 2002 Qobustan UGİM 48.9 70 81 151
3. Rəhimov Müşviq 2001 İsmayıllı Zirvə 49.6 62 81 143
4. Tağıyev Əvəz 2002 Neftçala Zirvə 45.9 61 78 139
5. Qurbanov Ruslan 2002 Qobustan UGİM 47.0 51 60 111

 

56 kq

N Ad İl Şəhər/rayon Klub/Cəmiyyət Çəkisi Birdən Təkanla Toplam
1. Alxasov Sale 2001 Lerik Zirvə 55.9 87 110 197
2. Əhmədov Rusif 2001 Bakı Təhsil 55.9 88 108 196
3. Quliyev Seymur 2001 Neftçala Zirvə 53.6 73 83 156
4. Hüseynli Fizuli 2002 Sumqayıt Təhsil 54.1 65 75 140
5. Heydərov Fateh 2001 Yevlax UGİM 56.0 62 75 137
6. Həsənov Tarif 2001 Neftçala Zirvə 55.6 60 70 130

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right