Rüstəm Qasımov Azərbaycan birinciliyinin qalibidir!

Mayın 25-27-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək (2001-2002-ci il təv. və 2003-2005-cü il təv.) yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyində ikinci yarış günü başa çatıb. Körpücük üzərinə son olaraq yaşı 17-yə qədər olan oğlanlar arasında çəkisi 62 kq-a qədər olan atletlər çıxıblar.

Bu çəkidə toplam 250 kq (110+140) nəticə ilə Rüstəm Qasımov Azərbaycan birinciliyinin qalibi adını qazanıb. Gümüş medalı 206 kq (89+117) nəticə ilə İsa Həsənli, bürünc medalı isə 205 kq (90+115) nəticə ilə Novruz Muxtarlı əldə edib.

Yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir. Birinciliyin keçirilməsində məqsəd ölkənin ən güclü yeniyetmə atletlərinin müəyyən edilməsi, ağır atletika idman növünün təbliğ və inkişaf etdirilməsi, dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması, həmçinin qarşıdakı beynəlxalq yarışlara hazırlıq və seçimdir.

 

62 kq

N Ad İl Şəhər/rayon Klub/Cəmiyyət Çəkisi Birdən Təkanla Toplam
1. Qasımov Rüstəm 2002 Lənkəran Təhsil 61.0 110 140 250
2. Həsənli İsa 2002 Lənkəran Zirvə 61.7 89 117 206
3. Muxtarlı Novruz 2002 Sumqayıt Təhsil 61.9 90 115 205
4. Heydərov Seymur 2001 Neftçala Zirvə 61.9 93 111 204
5. Qocayev Yaqub 2001 Qazax UGİM 62.0 91 105 196
6. Mədətov Nicat 2002 Qobustan UGİM 60.5 78 90 168
7. Heydərov Cavid 2002 Neftçala Zirvə 59.8 77 90 167
8. Qədirov Əfqan 2001 Qobustan UGİM 59.4 75 90 165
9. Məmmədov Cümşüd 2001 Yevlax UGİM 57.1 0 0 0

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right