Millimizdən bir günə 4 medal

Avstriyanın Leybnits şəhərində gənc cüdoçular arasında keçirilən Açıq Avropa Kubokunun ilk günündə Azərbaycan millisi 4 medal qazanıb.
 
Newsport.az-ın məlumatına görə, Elçin İsmayılovun baş məşqçi olduğu kollektiv 1 gümüş, 3 bürünc medala sahib olub. 
 
55 kq çəki dərəcəsində yarışan Rövşən Əliyev Braziliya, Qazaxıstan, Ukrayna cüdoçularına qalib gələrək finalda Yaponiya təmsilçisi Daiçi Takano ilə qarşılaşıb. Güclü rəqibinə uduzan Rövşən Əliyev Avstriyada gümüş medal qazanıb. Bu çəkidə Balabəy Ağayev və Rəqşan Baxşəliyev bürünc medal əldə edib. 66 kq-da mübarizə aparan İbrahim Əliyev də bürünc medala yiyələnib. 
 
Qeyd edək ki, Avstriyada 39 ölkədən 580 cüdoçu yarışır. Azərbaycan beynəlxalq turnirdə 21 cüdoçu ilə təmsil olunur.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right