Millimiz Portuqaliyanı səfərdə də yendi Yenilənib

Qadın voleybolçular arasında Qızıl Avropa Liqasında V turun matçları keçirilib.
 
Newsport.az-ın məlumatına görə, A qrupunda yer alan Azərbaycan yığması Portuqaliyanın qonağı olub.
 
Matozinyuş şəhərindəki eyniadlı arenada təşkil olunmuş qarşılaşma millimizin inamlı qələbəsi ilə yekunlaşıb. Meydan sahibləri yalnız ilk 2 setdə müqavimət göstərə biliblər. Hətta Portuqaliya ikinci setdə tarazlıq yarada bilib. Lakin son 2 set yığmamızın aşkar üstünlüyü şəraitində keçib.
 
Qrupun digər oyununda isə Ukrayna Bolqarıstana 0:3 hesabı ilə uduzub. 
 
Qızıl Avropa Liqası
A qrupu V tur
18:00. Portuqaliya - Azərbaycan - 1:3 (20:25, 28:26, 11:25, 15:25)
Hakimlər: Xose Luis Arrarte Mira (İspaniya), Pedro Pinto Lopes (Portuqaliya)
 
Beləliklə, 5 turdan sonra Bolqarıstan və Azərbaycan hərəyə 12 xalla iki 2 pilləni bölüşürlər. Ukrayna 6 xalla 3-cü, xalsız Portuqaliya isə sonuncu pillədə qərarlaşıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right