İyun ayının 2-si Ankarada Azərbaycan və Türkiyə Səmti Müəyyənetmə Federasiyalarının təşkilatçılığı, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycanın Türkiyə Cümhuriyyətindəki Səfirliyinin təşkilati dəstəyi ilə ilk dəfə Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş kubok yarışı keçiriləcək.
Ankarada yerləşən Heydər Əliyev adına parkda baş tutacaq yarışda Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının nümayəndə heyəti, federasiya prezidenti Mirəli Kazımov, vits-prezident Pərvin Şərifov, baş katib Zaur Seyidov, idarə heyətinin üzvü Xəyyam Məmmədov və eləcə də milli komandanın idmançıları Süleyman Əliyev, Sevda Verdiyeva və Rəna Abaszadə iştirak edəcəklər.
Newsport.az-ın məlumatına görə, uzun, orta və qısa məsafələr üzrə təşkil ediləcək yarışda qaliblərə diplomlar və xatirə hədiyyələri təqdim olunacaq.