Gənc yunan-Roma güləşçilərimiz Kaspiyskdə sınaqdan keçiriləcək

1-3 iyun 2018-ci il tarixdə Rusiya Federasiyasının Kaspiysk şəhərində Suraqat Asyatilovun xatirəsinə həsr olunan yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçiriləcək. 

Newsport.az-ın məlumatına görəYunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandamız məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında 15 güləşçi ilə turnirdə iştirak edəcək. 

Heyətdə Zülfüqar Əliyev, Ağaqulu Quliyev, Xancavad Məcidzadə (hamısı 55 kq), Zaur Nuriyev, Əsgər Əlizadə, Həsən Məmmədli (hamısı 60 kq), Kamran Mirzəliyev, Elnur Musayev (hər ikisi 63 kq), Kənan Cəfərov, Məmmədəli Həsənov (hər ikisi 67 kq), Nəsir Həsənov (77 kq), Aslan Məmmədov, Xəyal Arazəliyev (hər ikisi 82 kq), Nəzərşah Fətullayev (87 kq) və Tarış Əbilov (130 kq) yer alıb. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Bəşir İsazadə təmsil edəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right