Hüseynzadə Avropa Atletika Assosiyasiyasının prezidenti ilə görüşdü

Milli Olimpiya Komitəsində Avropa Atletika Assosiyasiyasının prezidenti Svein Arne Hansen və baş icraçı direktoru Christian Milz görüş keçirilib.

 

Newsport.az-ın məlumatına görə, toplantıda bizdən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Ağacan Abiyev, Marketinq şöbəsinin rəisi Mehman Kərimov və Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov iştirak ediblər.

 

İclasda Azərbaycanda atletika idman növünə maraq və təbliği, xüsusilə MOK-un bu sahədə gördüyü işlər ilə yaxında tanış olundu. “KIDs Athletics”, “Olimpiya Hərəkatı”, “LEAP 2017”, “Michel Johnson Performance” və digər təbliğ edici layihələrin əhəmiyyəti, son illərdə idmana olan marağın artmasından danışıblar.

Bu layihələrin təkcə gəncləri idmana marağın genişləndirilməsi ilə yanaşı, məşqçi, hakim və digər texniki heyətin bilik və bacarıqlarının artırılmasında rolunu qeyd ediblər.

AAF-ın prezidenti Svein Arne Hansen Azərbaycanda idmana olan marağı və atletikaya olan tələbatın yüksək olduğunu qeyd etdi. O Milli Olimpiya Komitəsinin atletika idman növünü fəal şəkildə təbliq etdikləri üçün minnətdarlığını bilirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right