Azərbaycan cüdoçuları Avropa kubokunda 8 medal qazandı

Portuqaliyanın Koimbra şəhərində yeniyetmələr arasında Avropa kuboku yarışı keçirilib.

Newsport.az-ın məlumatına görə, beynəlxalq turnirdə uğurla çıxış edən cüdoçularımız 8 medal qazanıblar.

Millimizin üzvləri Zaməddin Poladov (60 kq), Vüqar Talıbov (66 kq) və Toğrul Salmanov (+90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal əldə edib. Yalnız finalda uduzan Şükran Zamanlı (50 kq) gümüş medala sahib olub.

Mətin Rzazadə (60 kq), Aytac Qardaşxanlı (48 kq), Kamran Novruzov (73 kq), İbrahim Ağakişiyev (81 kq) isə bürünc medal qananıb. Beləliklə Azərbaycan cüdoçuları Portuqaliyada 3 qızıl, 1 gümüş və 4 bürünc medala layiq görülüblər.

28 ölkədən 416 yeniyetmə cüdoçunun (241 oğlan, 175 qız) mübarizə apardığı Avropa kuboku turnirundə Azərbaycan millisi 15 cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right