Azərbaycan çempionatı sona çatdı Qazananlar və qazanmayanlar

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda atletika üzrə ölkə çempionatına yekun vurulub. 

Newsport.az saytının məlumatına görə, yarışda 15 klubdan 100-dən artıq idmançı çıxış edib.

Mübarizənin sonuncu günündə qadınlarda uzunluğa tullanmada Nazan Əzməmmədli bütün rəqiblərini qabaqlayıb. 800 metr məsafəyə qaçışda Rəqsanə Rəcəbli qızıl medal qazanıb. Zəkiyyə Həsənova 200 metr məsafəyə qaçışda fərqlənib.

Kişilərdə nüvəitələmədə İsmayıl Əliyev, nizə atmada Orxan Qasımov, uzunluğa tullanmada Nazim Babayev 1-ci yeri tutublar. Ələkbər Əzizov 200, İlham Abışov isə 800 metr məsafəyə qaçışda hamını qabaqlatıblar.

Yarışın baş hakimi Ceyhun Hüseynov, baş katibi Natalya Kafarova, direktoru isə Kamal Əhmədov olublar. Qaliblərə medal, diplom və pul mükafatı təqdim edilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right