Azərbaycanın millisi "Qızıl"da Bolqarıstana məğlub oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında III turun oyununa çıxıb.

 

Newsport.az saytının məlumatına görə, ilk iki matçda Ukrayna və Portuqaliyaya eyni hesabla (3:1) qalib gəliən yığmamız 3-cü cəhdində Bolqarıstanla üz-üzə gəlib.

 

Sofiyadakı Xristo Botev Sarayında təşkil olunmuş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. Azərbaycan yığması ilk seti üstünlüklə başa vursa da, sonrakı setlərdə yenilib.

 

Bununla da Faiq Qarayevin baş məşqçi olduğu komanda Qızıl Avropa Liqasında ilk məğlubiyyətlə üzləşib.

 

Bu nəticədən sonra xallarını 9-a çatdıran Bolqarıstan yığması A qrupunda liderliyə yüksəlib. 6 xalı olan Azərbaycan 2-cidir.

 

Qrupun digər görüşündə hələlik xalı olmayan Portuqaliya və Ukrayna yığmaları üz-üzə gələcək. Bu oyun mayın 27-nə təsadüf edəcək.

 

Bolqarıstan - Azərbaycan - 3:1 (17:25, 25:17, 25:14, 25:21)

Hakimlər: Aleksandros Milonakis (Yunanıstan), Çavdar Marev (Bolqarıstan)

Sofiya, Xristo Botev Sarayı.

Bolqarıstan: 7. Lora Kitipova, 8. Petya Barakova, 2. Nasya Dimitrova, 11. Xristina Ruseva, 10. Mira Todorova, 17. Borislava Saykova, 12. Mariya Karakaşeva, 1. Qerqana Dimitrova, 19. Aleksandra Milanova, 18. Silvana Çauşeva, 9. Monika Krsteva, 4. Veselina Qriqorova, 15. Jana Todorova, 3. Kristiana Petrova.

 

Azərbaycan: 18. Şəfaqət Alışanova, 2. Yana Əzimova, 14. Kristina Yaqubova, 15.Aynur İmanova, 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 7. Olena Həsənova, 5. Odina Bayramova, 8. Yelizaveta Səmədova, 11. Katerina Jidkova, 20. Marqarita Əzizova, 1. Ceyran İmanova, 19. Bəyaz Əliyeva, 16. Yuliya Kərimova.

  

N

Ölkə

O

Q

M

S

T

X

1

Bolqarıstan

3

3

0

9-2

274-214

9

2

Azərbaycan

3

2

1

7-5

270-267

6

3

Ukrayna

2

0

2

2-6

180-201

0

4

Portuqaliya

2

0

2

1-6

132-174

0

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right