Şəhriyar Məmmədyarov Norveçdə superturnirə qatılacaq

Mayın 28-də Stavanqerdə “Altibox Norveç Chess” superturniri keçiriləcək.

Newsport.az-ın məlumatına görə, iyunun 8-dək davam edəcək yarışda Azərbaycan Şəhriyar Məmmədyarovla təmsil olunacaq.

Turnirdə qrossmeysterimizlə yanaşı, Maqnus Karlsen (Norveç), Fabiano Karuana, Hikaru Nakamura, Uesli So (hər ikisi ABŞ), Levon Aronyan (Ermənistan), Dinq Liren (Çin), Maksim Vaşye-Laqrav (Fransa), Sergey Karyakin (Rusiya) və Vişvanatan Anand (Hindistan) mübarizə aparacaqlar.

Mayın 27-də isə şahmatçılar arasında blits turnir təşkil olunacaq.

 

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right