YAÇ-2018: son gündə 1 gümüş və 2 bürünc medal Yenilənib

Makedoniyanın Skopje şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı başa çatıb. 

Newsport.az-ın məlumatına görə, altıncı yarış günündə 45, 51, 60, 71 və 92 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri yarışıb. Bu çəkilərdə qızıl medal qazanacaq idmançılar Argentinanın Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziyanı da təmin edəcək. 

45 kq-da mübarizə aparan Qurba
n Qurbanov ardıcıl olaraq Türkiyə və Litva, 51 kq-da yarışan Həsrət Cəfərov Türkiyə və Ukrayna, 92 kq-da təmsilçimiz Laçın Vəliyev isə Gürcüstan və Bosniya və Herseqovina təmsilçilərini məğlub edərək yarımfinala yüksəlib. 


Qurban Qurbanov yarımfinal görüşünü qələbə ilə başa vurub finala yüksəlib. Finalda onun rəqibi Bolqarıstan idmançısı olub. Gərgin keçən qarşılaşmada hesabda öndə olmasına baxmayaraq görüşün bitməsinə 2 saniyə qalmış hakimlərin verdiyi yanlış qərarla güləşçimizin əldə etdiyi xallar ləğv edilib və görüş Bolqarıstan idmançısının qələbəsi ilə başa çatıb. Qurban Qurbanov isə gümüş medalla kifayətlənib. 

Həsrət Cəfərov Rusiya, Laçın Vəliyev isə Türkiyə təmsilçisinə uduzaraq bürünc medal görüşünə haqq qazanıb. Hər iki güləşçimiz həlledici görüşdə müvafiq olaraq Belarus və Almaniya təmsilçilərinə qalib gəlib və çempionatın bürünc medalını qazanıb.

45 kq
FİNAL - Qurban Qurbanov - Edmond Nazaryan (BUL) 3:3*
1/2 final - L.Moroz (MDA) - Qurban Qurbanov 0:9
1/4 final - Qurban Qurbanov - Martinas Muizis (LTU) 9:0
1/8 final - M.Aki (TUR) - Qurban Qurbanov 0:7

51 kq
Bürünc medal görüşü - A.Klitsunou (BLR) - Həsrət Cəfərov 2:4
1/2 final - Həsrət Cəfərov - A.Morozov (RUS) 3:7
1/4 final - V.Voitoviç (UKR) - Həsrət Cəfərov 1:10
1/8 final - Mukremin Aktaş (TUR) - Həsrət Cəfərov 2:3

60 kq
1/16 final - Deni Nakaev (GER) - Xanəhməd Zeynalov 16:8

71 kq
Təsəlliverici görüş - Allahverdi Əliyev - H.Skorofatov (UKR) 0:9
1/16 final - Allahverdi Əliyev - Aleksandrin Gutu (MDA) 6:14

92 kq
Bürünc medal görüşü - M.Glok (GER) - Laçın Vəliyev 1:3
1/2 final - O.Ayaydın (TUR) - Laçın Vəliyev 9:1
1/4 final - N.Vujicic (BİH) - Laçın Vəliyev 0:5 tuşe
1/8 final - Laçın Vəliyev - Tsotne Tsintsadze (GEO) 14:12

Məlumat üçün bildirək ki, Avropa çempionatı 12-14 oktyabrda Argentinanın Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq, sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq çəkidə çempion olacaq güləşçilər, qadın güləşi üzrə isə 43, 49, 57, 65 və 73 kq hər çəkidə 3 nəfər olmaqla finalçılar və 1 nəfər üçüncü yerin sahibi Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaq. Reqlamentə əsasən isə, qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.





 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah