Bakıda Olimpiadaya lisenziya yarışında 33 ölkən iştirak edəcək

Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat yarışı üçün Bakıya gələcək ölkələrin sayı bəlli olub.

Azərbaycan Gimnastika Federasiyasından Newsport.az-a verilən məlumata görə, iyunun 23-də Milli Gimnastika Arenasında start götürəcək lisenziya xarakterli turnirə 33 ölkədən 58 kişi və 54 qadın idman gimnastı qatılacaq.

Kişi gimnastları 16 - 17, qadın gimnastlar isə 15 yaşlılar kateqoriyasında mübarizə aparacaqlar. Azərbaycanı yarışda Səməd Məmmədli, Ağamurad Qəhrəmanov və Samirə Qəhrəmanova təmsil edəcək.

Təsnifat yarışlarında çoxnövçülük proqramındakı çıxışların nəticələrinə əsasən, hər ölkədən yalnız bir nəfər olmaqla, ilk “17-lik”də yer almış iştirakçılar olimpiadaya getmək şansı əldə edəcəklər. III Yay Olimpiya Oyunları bu il 6 – 18 oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right