YAÇ-2018: Nihad Quluzadə və Sərxan Məmmədov bürünc medal qazandı Yenilənib

Makedoniyanın Skopje şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. 

Newsport.az-ın məlumatına görə, beşinci yarış günündə 48, 55, 65, 80 və 110 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri yarışıb. Güləşçilərimiz yarış gününü 2 bürünc medalla tamamlayıb. 

55 kq-da mübarizə aparan Murad Abbasov ardıcıl olaraq Gürcüstan və Ermənistan təmsilçilərinə qalib gəlib və yarımfinala yüksəlib. Ağır çəkidə təmsilçimiz Sərxan Məmmədov isə Yunanıstan və Macarıstandan olan rəqiblərini üstələyərək yarımfinala adlayıb. 

Yarımfinalda uduzan hər iki güləşçimiz bürünc medal uğrunda görüşə haqq qazanıb. Murad Abbasov Türkiyə təmsilçisinə uduzsa da, ağır çəkidə təmsilçimiz Sərxan Məmmədov Polşa idmançısından üstün olub və çempionatın bürünc medalını qazanıb.

48 kq-da mübarizə aparan Nihad Quluzadə isə təsəlliverici görüşə qatılıb. Latviya idmançısını mübarizədən kənarlaşdıran güləşçimiz bürünc medal uğrunda görüşə çıxıb. Belarus idmançısına qalib gələn Nihad Quluzadə çempionatın bürünc medalını qazanıb. 

48 kq 
Bürünc medal görüşü - Nihad Quluzadə - Kanstantsin Aşeiçuk (BLR) 3:1
Təsəlliverici görüş - J.Jakovlevs (LAT) - Nihad Quluzadə 4:9
1/4 final - İslam Aliev (RUS) - Nihad Quluzadə 9:1
1/8 final - Nihad Quluzadə - Seyfullah Kılıç (TUR) 3:2

55 kq
Bürünc medal görüşü - M.İlbars (TUR) - Murad Abbasov 11:8
1/2 final - Murad Abbasov - Albert Xokonov (RUS) 4:7
1/4 final - Murad Abbasov - Armen Yeğiazaryan (ARM) 9:1
1/8 final - Murad Abbasov - Diego Çxikvadze (GEO) 5:1

65 kq
1/4 final - Ruslan Hədisov - Mihail Anaiev (MDA) 1:6
1/8 final - Ruslan Hədisov - A.Kavaleuski (BLR) 6:0

80 kq 
1/8 final - E.Mukubu (NOR) - Eldar Məmmədov 9:0
1/16 final - Eldar Məmmədov - David Hernandez (ESP) 8:0 (24 san.)

110 kq 
Bürünc medal görüşü - T.Vavrzinczyk (POL) - Sərxan Məmmədov 3:7
1/2 final - Sərxan Məmmədov - Muhammet Bakır (TUR) 0:8
1/4 final - Mark Marton (HUN) - Sərxan Məmmədov 1:4
1/8 final - Sərxan Məmmədov - Nikolas Ntounias (GRE) 7:2

Məlumat üçün bildirək ki, Avropa çempionatı 12-14 oktyabrda Argentinanın Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq, sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq çəkidə çempion olacaq güləşçilər, , qadın güləşi üzrə isə 43, 49, 57, 65 və 73 kq hər çəkidə 3 nəfər olmaqla finalçılar və 1 nəfər üçüncü yerin sahibi Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaq. Reqlamentə əsasən isə, qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right