YAÇ-2018: Ayşən Yusifova bürünc medal qazandı Yenilənib

Makedoniyanın Skopje şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir. 

Newsport.az-ın məlumatına görədördüncü yarış günündə 40, 46, 53, 61 və 69 kq çəki dərəcələrində yeniyetmə qızlar yarışıb. Yığmamız 2 çəkidə idmançı ilə təmsil olunub və yarış gününü 1 bürünc medalla tamamlayıb. 

46 kq-da mübarizə aparan Ayşən Yusifova ilk görüşündə türkiyə təmsilçisinə qalib gəlsə də, yarımfinalda Ukrayna idmançısına uduzub. Güləşçimiz bürünc medal uğrunda həlledici görüşə çıxıb. Almaniya təmsilçisi ilə gərgin keçən görüşü son saniyələrdə qazandığı xallarla üstün tamamlayan Ayşən Yusifova çempionatın bürünc medalına yiyələnib.  

46 kq
Bürünc medal görüşü - Rebekka Març (GER) - Ayşən Yusifova 1:2
1/2 final - Ayşən Yusifova - Albina Rillia (UKR) 2:6
1/4 final - Şeyma Kızmaz (TUR) - Ayşən Yusifova 0:8

61 kq
1/8 final - Zofia Polovczyk (POL) - Jalə Əliyeva 16:6

Məlumat üçün bildirək ki, Avropa çempionatı 12-14 oktyabrda Argentinanın Buenos Ayres şəhərində keçiriləcək yeniyetmələrin III Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Belə ki, yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kq, sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq çəkidə çempion olacaq güləşçilər, , qadın güləşi üzrə isə 43, 49, 57, 65 və 73 kq hər çəkidə 3 nəfər olmaqla finalçılar və 1 nəfər üçüncü yerin sahibi Olimpiya Oyunlarına birbaşa vəsiqə qazanacaq. Reqlamentə əsasən isə, qazanılmış lisenziyaların sayından asılı olmayaraq, hər bir ölkə hər bir güləş növü üzrə maksimum 2 idmançı ilə təmsil oluna bilər.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz