Azərbaycan qran-prisinin ən fəal 5 könüllüsü Monakoya səfər edəcək

Bakı Şəhər Halqası əməliyyat şirkəti Azərbaycan qran-prisi ilə əlaqədar görülən təşkilatçılıq işlərində yüksək fəallığı ilə seçilən 5 könüllünü – Nigar Pənahova, Hikmət Əlizadə, Rəna Göyüşova, Şəms Balayeva və Tural Özbəkzadəni 25-27 mayda baş tutacaq Monako mükafat yarışına göndərir.

Newsport.az-ın xəbərinə görə, müsabiqənin keçirilməsində əsas məqsəd gənclər arasında könüllülük fəaliyyətinə maraq oyatmaq və Formula10də yüksək fəallığı ilə fərqlənən könüllüləri mükafatlandırmaqdı.

BŞH-nin İnsan Resursları və İşçi Qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova qaliblərin nəzəri və praktiki yoxlamalar əsasında müəyyənləşdirildiyini bildirib:

“Bakıda Formula 1 yarışı zamanı 3 min könüllü xidmət göstərib və onların arasından 260 nəfər xüsusilə fərqlənib. Sonra bu könüllülər arasında yarışa hazırlıq çərçivəsində təşkil olunmuş təlim və seminarlara dair nəzəri imtahan keçirilib. Ən yüksək bal toplayan 5 könüllü Monako qran-prisinə səfər etmək haqqı əldə edib.

Ümumilikdə bütün könüllülərimiz yarış ərəfəsində yüksək xidmət ortaya qoyublar. Fürsətdən istifadə edərək hər bir könüllümüzə şirkətimiz adından dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, burada qazanılan zəngin təcrübə könüllülərimizə gələcək peşəkar fəaliyyətlərində böyük uğurlara yol açacaq”.

Monakoya səfər edəcək könüllülərin səyahət, qonaqlama və yarışda iştirakla əlaqədar bütün xərcləri əməliyyat şirkəti tərəfindən qarşılanacaq.

Müsabiqədə ilk 10-luqda yer alan digər könüllülər – Aytac Qasımova, Xumar Cəmilli, Nuriyyə Nurəhmədova, Svetlana Məmmədova və Elnur Əbilhəsənov da qiymətli hədiyyələrlə mükafatlandırılıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right