Azərbaycan taekvondoçusu Avropa çempionatında bürünc medal qazandı

Rusiyanın Kazan şəhərində başlanan böyüklər arasında Avropa çempionatına start verilib. 

Newsport.az-ın məlumatına görə, 49 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycanın qadın taekvondoçusu Patimat Abakarova Bolqarıstan və Rusiya təmsilçisini məğlub edərək yarımfinala vəsiqə qazanıb.

O, finala gedən yolda xorvatiyalı idmançıya uduzaraq yarışı bürünc medalla başa vurub. Digər taekvondoçularımızdan Qaşım Maqomedov (-58 kq) britaniyalı idmançını yarışdan kənarlaşdırsa da, ispan rəqibini məğlub edə bilməyib.

Xanoğlan Kərimov (-54 kq) və Fatemeh Şabannia Mansour (-46 kq ) isə ilk qarşılaşmadan məğlub ayrılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right