Rekord qırmaq istədi, dünyasını dəyişdi

Fransız idmançı Fransua Jissi faciəli şəkildə dünyasını dəyişib. 

Newsport.az xəbər verir ki, ekstremal idmançı velosipedlə növbəti rekord müəyyənləşdirmək istəyərkən həyatla vidalaşıb.  Hadisə qapalı Myunşuze uçuş-enmə zolağında baş verib. Belə ki, Jissi xüsusi yığılmış velosipedlə saatda 300 km sürətlə hərəkət etdiyi zaman idarəetməni itirib və qəza edib. 

Qeyd edək ki, Jissi 2014-cü ildə velosipedlə saatda 333 km hərəkət edərək, dünya rekordu müəyyənləşdirmişdi. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right