Bakıda Kapoeyra üzrə dünya çempionatı keçiriləcək

11-12 may 2018-ci il tarixlərində Bakı İdman Sarayında Ümumdünya Kapoeyra Federasiyası (WCF), Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Kapoeyra Federasiyasının təşkilatçılığı ilə İdman Kapoeyrası üzrə dünya çempionatı keçiriləcək. 
 
Newsport.az-ın məlumatına görə, yarışa 50-dən çox ölkədən 500-dən artıq idmançının qatılacağı gözlənilir. Yarışda həmçinin dünyanın 12 ən iri kapoeyra qrupları və onların Grand masterləri, fəxri qonaq kimi Braziliyanın idman naziri, Mədəniyyət Nazirliyinin rəhbər işçiləri, parlamentinin deputatları və digər rəsmiləri iştirak edəcək. 
 
Yığma komanda dünya çempionatında ölkəmiz müxtəlif çəki və yaş kateqoriyalarında 25 nəfər idmançı ilə təmsil olunacaq . Qeyd edək ki, yığma komandamızın hazırlıqları Azərbaycan Kapoeyra Federasiyasının baş məşqçisi Elgiz Əlizadə tərəfindən yüksək səviyyədə davam etdirilir.
 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right