AÇ-2018: sərbəst güləş yığmamız Avropa ikincisi oldu

Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı başa çatıb.

Newsport.az-ın məlumatına görəÇempionatda sərbəst güləş yarışları başa çatıb. Yığma komandamız çempionatı 2 qızıl, 2 gümüş və 4 bürünc medalla başa vurub. 

Qızıl medalları yığmamıza Georgi Edişeraşvili (57 kq) və Hacı Əliyev (65 kq) qazandırıb. Aleksandr Qostiyev (86 kq) və Şərif Şərifov (92 kq) gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Murtuz Müslümov (70 kq), Cəbrayıl Həsənov (79 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) qazandırıb. 

Bu nəticə ilə yığmamız komanda hesabında 160 xal toplayaraq Avropa ikincisi olub. Rusiya 204 xalla birinci, Türkiyə 125 xalla üçüncü olub.



 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right