AÇ-2018: son gündə 2 gümüş və 1 bürünc medal Yenilənib

Rusiya Federasiyasının Kaspiysk şəhərində güləş üzrə böyüklər arasında Avropa çempionatı başa çatıb.

Newsport.az-ın məlumatına görə, yarışın altıncı günündə 61, 74, 86, 92 və 125 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçilər qüvvələrini sınayıb. Güləşçilərimiz günü 2 gümüş və 1 bürünc medalla başa vurub. 

Mübarizəyə 1/4 finaldan qoşulan Mircəlal Həsənzadə (61 kq) və Şərif Şərifov (92 kq) rəqiblərini tam üstünlüklə məğlub edərək yarımfinala vəsiqə qazanıb. 

Mircəlal Həsənzadə (61 kq) yarımfinal görüşünü uduzaraq bürünc medal uğrunda görüşə haqq qazanıb. Ancaq Rumıniya idmançısına uduzan Mircəlal çempionatı beşinci sırada tamamlayıb. 

86 kq-da yarışan Aleksandr Qostiyev Bolqarıstan və Almaniyadan olan rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib. Gürcüstan idmançısını da məğlub edən təmsilçimiz finala yüksəlib. Həlledici görüşdə Qostiyevin rəqibi Rusiya idmançısı olub. Gərgin keçən qarşılaşma 1:1 hesabı ilə bitsə də son xalı rəqib qazandığından qələbə rəqibə verilib və güləşçimiz çempionatın gümüş medalı ilə kifayətlənib.  

92 kq-da mübarizə aparan Şərif Şərifov yarımfinalda Türkiyə idmançısına heç bir şans verməyib və finala vəsiqə qazanıb. Həlledici görüşdə onun rəqibi Rusiya idmançısı Abdulraşid Sadullayev olub. Minimal fərqlə görüşü uduzan Şərif Avropa çempionatının gümüş medalına yiyələnib. 

125 kq-da mübarizə aparan Cəmaləddin Məhəmmədov təsəlliverici görüşdə Belarus idmançısına qalib gəlib və bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə Rusiya təmsilçisinə də qalib gələn təmsilçimiz bürünc medal qazanıb. 

61 kq
Bürünc medal görüşü - İvan Guidea (ROU) - Mircəlal Həsənzadə 5:2
1/2 final - Mircəlal Həsənzadə - Beka Lomtadze (GEO) 0:12
1/4 final - Rendi Vok (SUI) - Mircəlal Həsənzadə 0:10

74 kq
1/8 final - Coşqun Əzimov - Andrius Mazeyka (LTU) 6:8

86 kq
FİNAL - Aleksandr Qostiyev - Artur Nayfonov (RUS) 1:1*
1/2 final - Aleksandr Qostiyev - Sandro Aminaşvili (GEO) 6:0
1/4 final - Aleksandr Qostiyev - Ahmed Dudarov (GER) 6:0
1/8 final - Aleksandr Qostiyev - Mehmet Remiz Qazi (BUL) 10:0

92 kq
FİNAL - Şərif Şərifov - Abdulraşid Sadullayev (RUS) 1:2
1/2 final - Şərif Şərifov - Serdar Böke (TUR) 10:0
1/4 final - Nikolay Ceban (MDA) - Şərif Şərifov 0:10 

125 kq
Bürünc medal görüşü - Cəmaləddin Məhəmmədov - Muradin Kuşkov (RUS) 3:0
Təsəlliverici görüş - İbrahim Saidau (BLR) - Cəmaləddin Məhəmmədov 2:3
1/4 final - Cəmaləddin Məhəmmədov - Taha Akgül (TUR) 2:4

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right