Avropa çempionatında 15 nəfərtə təmsil olunacağıq

Mayın 10-da Rusiyanın Kazan şəhərində start götürəcək taekvondo üzrə Avropa çempionatı üçün Azərbaycan millisinin heyəti açıqlanıb.

Newsport.az-ın məlumatına görə, yığma dörd gün davam edəcək yarışa qurumun vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi altında 15 taekvondoçu ilə yollanır.

Çempionatda baş məşqçi Reza Mehmandoust və böyük məşqçi Rəşad Əhmədovun yetirmələrindən Xanoğlan Kərimov (54 kq), Qaşım Maqomedov (58 kq), Xanrul Fətullayev (63 kq), Məhəmməd Məmmədov (68 kq), Səid Quliyev (74 kq), Milad Beiqi Hərçəqani (80 kq), Ramin Əzizov (87 kq), Radik İsaev (+87 kq) mübarizə aparacaq.

Qadınların baş məşqçisi Elnur Amanov isə Fatemeh Shabannia Mansour (46 kq), Patimat Abakarova (49 kq), Sahar Kargar (53 kq), Mahtap Kiyanichandeh (57 kq), Fəridə Əzizova (67 kq), Elvarə Cəlilova (73 kq) və Zahra Fazel Kalkhorana (+73 kq) şans verib. Beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev Avropa çempionatında ölkəmizi təmsil edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right