Karlsen “Shamkir Chess 2018” turnirinin qalibi oldu

Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turnirinin sonuncu (doqquzuncu) turu keçirilib.

Newsport.az-ın məlumatına görə, turnirin qalibi artıq məlumdu.

Dünya çempionu Maqnus Karlsen bu gün çinli qrossmeyster Dinq Lijenlə keçirdiyi partiyada bərabərliyə qalaraq, birinci yeri təmin edib.

Son turda iki azərbaycanlı qrossmeyster üz-üzə gələcək. Yığmamızın lideri Şəhriyar Məmmədyarov turnirin autsayderlərindən sayılan Rauf Məmmədovla qarşılaşacaq. Rauf ağ, Şəhriyar qara fiqurlarla oynayacaq.

Teymur Rəcəbov da qara fiqurlarla mübarizə aparacaq. Şahmatçımız sonuncu pillənin sahibi David Navara ilə görüşəcək.

Turnir cədvəli: Karlsen – 5,5 xal; Liren – 5; Topalov, Giri, Məmmədyarov, Voytaşek, Karyakin, Rəcəbov – 4; Məmmədov – 3,5; Navara – 2.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right