"ShamkirChess 2018": Bolqar Veselin Topalov vahid lider oldu

Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə keçirilən Shamkir Chess 2018 superturnirində 5-ci turun görüşləri keçirilib.

 

Newsport.az-ın məlumatına görə, Azərbaycan şahmatçılarının hamısı turu heç-heçə ilə başa vurub.

 

Teymur Rəcəbov çinli Dinq Lirenlə, Şəhriyar Məmmədyarov hollandiyalı Aniş Giriylə, Rauf Məmmədov isə rusiyalı Sergey Karyakinlə xalları yarı bölüb.

 

Dünya çempionu Maqnus Karlsen Radoslav Voytaşekə, Veselin Topalov isə David Navaraya qalib gəlib.

 

Dinq Liren (Çin) - Teymur Rəcəbov (Azərbaycan) - 0.5:0.5
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Aniş Giri (Hollandiya) - 0,5:0,5
Rauf Məmmədov (Azərbaycan) - Sergey Karyakin (Rusiya) - 0.5:0.5
Maqnus Karlsen (Norveç) - Radoslav Voytaşek (Polşa) - 1:0
David Navara (Çexiya) - Veselin Topalov (Bolqarıstan) - 0:1

 

Turnir cədvəli: Veselin Topalov – 3,5. Maqnus Karlsen – 3,0. Dinq Liren, Teymur Rəcəbov, Aniş Giri, Rauf Məmmədov, Sergey Karyakin – 2,5. Şəhriyar Məmmədyarov, Radoslav Voytaşek, David Navara – 2,0.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right