"ShamkirChess 2018": Şəhriyar və Teymur görüşlərini heç-heçə ilə başa vurdu

Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində VI turun daha bir görüşü başa çatıb. 

Newsport.az-ın məlumatına görə, Teymur Rəcəbov ağ fiqurlarla polşalı Radoslav Voytaşeklə heç-heçə edib.

Qarşılaşma 46-cı gedişdən sonra "sülh"lə bitib. Daha əvvəl Şəhriyar Məmmədyarov çinli Dinq Lirenle xalı yarı bölüb. Eyni nəticə Sergey Karyakin (Rusiya) - Maqnus Karlsen (Norveç) görüşündə də qeydə alınıb

Hollandiya təmsilçisi Aniş Giri isə çexiyalı David Navaranı məğlub edib.  Teymur Rəcəbov keçirdiyi bütün görüşləri heç-heçə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right