İlham Zəkiyev Dünya Kubokunda bürünc medal qazandı

Azərbaycanın cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev Türkiyənin Antalya şəhərində Beynəlxalq Gözdən Əlillər İdman Federasiyasının təşkilatçılığı ilə keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.

Newsport.az -ın məlumatına görə, 38 yaşlı idmançı ilə yanaşı, Azərbaycanın daha 5 cüdoçusu fəxri kürsüyə yüksəlib.

Kişilərin yarışında Hüseyn Rəhimli (81 kq) qızıl, Orxan Qarayevlə (60 kq) Kənan Abdullaxanlı (90 kq) bürünc medala sahib olublar.

Qadınlarda isə Sevda Vəliyeva (52 kq) qızıl, Səbinə Abdullayeva (57 kq) isə bürünc medal əldə edib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right